Klubdan AÇIQLAMA - Baş məşqçi tezliklə istefaya göndəriləcək?

09:50 Araz-Naxçıvan 150
Klubdan AÇIQLAMA - Baş məşqçi tezliklə istefaya göndəriləcək?

"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko buradakı taleyinin qeyri-müəyyən olduğunu bildirib.

2026-cı ilin yanvarında "ağ-qırmızılar"ın sükanı arxasına gətirilmş ukraynalı mütəxəssms gələcək taleyi və növbəti mövsümdə komandada qalacağı təqdirdə, heyətdə edəcəyi ehtimal olunan dəyişikliklərlə bağlı suala belə aydınlıq gətirib:

"Hazırda bu yöndə danışıqlar aparılmır. Növbəti mövsümlə bağlı hələlik dəqiq nəsə deyə bilmərəm, çünki komandadakı taleyimin necə olacağını hələ bilmirəm".

Klubun icraçı direktoru Eldəniz Yusifov Sportinfo.az-a açıqlamasında bu haqda deyib:

"Andrey Demçenkonun müqaviləsi mövsümün sonunadək qüvvədədir. Onun ən azı mayın sonunadək burada qalacağı dəqiqdir.

Baş məşqçinin vaxtından əvvəl istefaya göndərilməsi gündəmdə deyil. Bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Demçenkonun fəaliyyətinə qiymət çempionatın axırında veriləcək. indi nəsə demək tezdir".

Muxtar Respublika təmsilçisi 30 tura 40 xal toplayıb. Çempionatın bürünc medalçısı hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb və avrokuboklara vəsiqə şanısını minimuma endirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti