Debütant bu qolla “Araz-Naxçıvan”ı məğlub etdi - VİDEO

3 May 00:40 Araz-Naxçıvan 618
Debütant bu qolla “Araz-Naxçıvan”ı məğlub etdi - VİDEO

Azərbaycan Premyer Liqasının XXX turunda “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Sumqayıtda “SOCAR Polymer Arena”da baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşdə yeganə qolu 18-ci dəqiqədə Dioqo Kardozo vurub.

Bu nəticədən sonra Jorj Kaşkilyanın komandası xallarını 32-yə çatdıraraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Andrey Demçenkonun komandası isə 40 xalla 6-cı pillədə yer alıb.

“Araz-Naxçıvan” - “İmişli” 0:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti