"Araz-Naxçıvan"ın hücumçusu Felipe Santosun xidmətində Premyer Liqanın bir neçə klubu maraqlıdır.
Siyahının başında 32 ildən sonra avrokuboklarda iştirak edəcək "Turan Tovuz" komandası gəlir.
Amma 29 yaşlı legioner qərar verməyə tələsmir.
Beni millisinin üzvünün Muxtar respublika təmsilçisində əsas söz sahibi olan Zaur Axundovla isti münasibətləri var.
Rəhbər şəxsin sevdiyi oyunçular arasındadır.
Braziliyalı Axundovla danışıqlardan sonra gələcək karyerası ilə bağlı qərarını verəcək.
Əgər "Araz" yeni mövsümdə də Zaur Axundovun kurasiyasında olacaqsa, Santos burada yola davam edəcək.
Yayda müqaviləsi bitəcək cənubi amerikalı bu mövsüm 23 görüşdə 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

