Bir ay sonra dağılacaq komanda XAOS İÇİNDƏ!

26 Aprel 22:55 Araz-Naxçıvan 405
Bir ay sonra dağılacaq komanda XAOS İÇİNDƏ!

Bir ay sonra «Araz-Naxçıvan» dağılacaq.

Dağılacaq deyəndə ki…

Klub yaşayacaq, Premyer Liqada çıxışını davam etdirəcək, amma bu komanda, bu futbolçular olmayacaq.

Hərəsi bir yerə səpələnəcək. Yanvarda gəlmiş Andrey Demçenko ilə yanaşı, heyətin 90-95 faizi dəyişəcək.

Əvvəlki pul olmayandan sonra kim burada qalar ki?

Bir də ki, yeni himayədar tapılsa belə, kimdir bu futbolçularla yola davam edən?

Klubun icraçı direktoru Eldəniz Yusifovun hörməti qat-qat çoxdur futbolçuların yanında, nəinki baş məşqçinin.

Kor tutduğunu buraxmayan kimi, Demçenko da köhnə hinə təxə nırx qoymaq istəyənlərdəndir.

Nə olsun ki, Qəbələdə 1:1 oynadılar, uduzmalı idilər. «Qəbələ» «öldürmüşdü» onları.

Sağdan və soldan, mərkəzdən bir gəldilər, gəl-görəsən!

«Araz» oyunun gedişində yatıb-qalxdı, özünü ha axtardı, tapa bilmədi. Qonaqları məğlubiyyətdən şans qurtarmadı, şansın babası qurtardı.

Demçenkoya bax bir, futbolçularının potensialına hələ də bələd ola bilməyib bu ötən dörd ay ərzində.

«Bir nömrə» kimi oynamağı bacarmır bu komanda, o isə «hücuma atılın»dan başqa heç nə demir.

Sözü keçsə, yenə dərd yarıydı. Hərə öz bildiyini edir. Xaosun hökm sürdüyü yerdə də nə ruzi olar, nə bərəkət!

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!