«Araz-Naxçıvan»ın Premyer Liqanın son 3 turunda məğlubiyyətləri sıralamasının əsas səbəbi bilinib.
Bu barədə redaksiyamıza komandanın futbolçuları məlumat verib.
Onların dediyinə görə, artıq iki aydır əməkhaqqı almırlar. Belə ki, rəhbərlik sonuncu dəfə fevral ayının maaşlarını ödəyib. Həmin tarixdən bəri yalnız söz və vəd var, gerçəkləşən nəsə yoxdur.
Problem Zaur Axundovla əlaqədardır. Biznesində eniş yaşanan Naxçıvan Futbol Federasiyasının prezidenti klub qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çətinlik çəkir.
Bu da istər-istəməz kollektivə mənfi təsir göstərməkdədir. Oyunçular Axundovun maddi durumunun pisləşməsindən xəbər tutandan
bəri çempionat matçlarına konsentrasiya ola bilmirlər. Artıq əksəriyyət düşünür ki, yayda onları yola salacaqlar.
Muxtar Respublika təmsilçisi 28 turdan sonra turnir cədvəlinin orta sıralarında qərarlaşıb. «Ağ-qırmızlar» 39 xalla 6-ci pillədə mövqelənib.
SPORTİNFO.AZ

