Yeni prezident işinin icrasına nə vaxt başlayacaq? - AÇIQLAMA

16:20 Araz-Naxçıvan 242
Yeni prezident işinin icrasına nə vaxt başlayacaq? - AÇIQLAMA

"Araz-Naxçıvan"ın sahibi Zaur Axundov klubun idman direktoru Ceyhun Sultanovun Naxçıvan təmsilçisinin yeni prezidenti olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, bu məsələ ilə bağlı hələlik gözləmə mövqeyində olduqlarını deyib:

"Bəli, mənim belə bir qərarım var idi. Lakin indiki məqamda gözləmə mövqeyindəyəm.

Klubun gələcək taleyi ilə bağlı Naxçıvan rəhbərliyi ilə də, AFFA rəhbərliyi ilə də söhbətimiz olacaq. Dediyim kimi, mən tək qalmışam və belədə “Araz-Naxçıvan”ın iddialı olması bir qədər çətindir".

Ceyhun Sultanov daha əvvəl "Sumqayıt" və "Neftçi"nin idman direkotru vəzifəsində çalışıb.

Təcrübəli funksioner ötən ilin yayından bəri "Araz-Naxçıvan"da çalışır. "Ağ-qırmızılar"ın seleksiya işləri üzrə məsələləri ona tapşırılıb.

Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama

Sultanov Sportinfo.az-a açıqlamasında yaranmış qeyri-müəyyənlik haqda danışıb:

"Prezident olmaq təklifi mənə Zaur müəllim tərəfindən edilib. Bizim aramızda həmişə gözəl münasibət olub.

Mənə çox yaxşılıqları dəyib. Zaur müəllimin sözündən sonra təkliflə razılaşmya bilməzdim.

Artıq bütün sənədlərə qol çəkmişəm. İndi onlar Ədliyyə Nazirliyindədir, baxılır.

Yaxın günlərdə oradan cavab gəlməlidir. Nə vaxt cavab gələcəksə, o vaxtdan etibarən yeni işimin icrasına başlayacam.

Klubda görüləcək bir sıra işlər var. Çalışacam ki, gücüm çatdığı qədər komandaya kömək olum.

Ümid edirəm ki, "Araz-Naxçıvan"ın hazırda yaşadığı problemlər tezliklə keçib gedəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti