"Araz Naxçıvan"ın ev oyunu anlayışı yox olub.
Naxçıvan təmsilçisi mövsümə "Bona De Arena"da start verdi.
Rəqiblərini Mərdəkanda yerləşən stadionda qəbul etdi.
Ardınca Masazırda yerləşən "Bank Respublika Arena"ya ayaq açdı.
Ötən dəfə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun xidmətindən istifadə etmişdi.
Ən son isə Muxtar respublika təmsilçisi "SOCAR Polimer arena"da rəqibini qonaq etdi.
Görəsən, bu vəziyyət kollektivə necə təsir edir?
Nəticələrin pis olmasında klubun fərqli ünvanlara möhtac olması rol oynayırmı?
Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçi Andrey Demçenko fərqli yanaşması ilə diqqət çəkib.
Ukraynalı mütəxəssisin elə danışıb ki, sanki elə belə də olmalıdır:
"Futbolçulara bu təsir etməməlidir. Oyunçular fikirləşməli deyil ki, biz evdə oynayırıq, yoxsa başqa meydanda.
Hər zaman öz oyunun göstərməlidir. Liderlə və autsayderlə oynamaq da fərq etməli deyil.
Futbolçularımıza bunu öyrətməyə çalışırıq. Bizim fəlsəfəmiz budur".
XANOĞLAN

