"Öz səhvlərimizdən uduzuruq, amma bu şeylər də təsirsiz ötüşmür" - MÜSAHİBƏ

17:00 Araz-Naxçıvan 101
"Öz səhvlərimizdən uduzuruq, amma bu şeylər də təsirsiz ötüşmür" -  MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Premyer Liqanın 28-ci turunda "Turan Tovuz"a məğlub olduqları görüşdən sonra (0:3) Sportinfo.az-a müsahibə verib.

- Nə baş verdi ki, belə məğlubiyyət aldınız?

- Gedişat bunu göstərmirdi. Qollar ardıcıl gəldi. Meydana qələbə üçün çıxmışdıq. Nəticə bizim üçün çox vacib idi. Niyəsə alınmadı. Nə demək olar...

- Ötən mövsüm bürünc medal, ardınca avrokuboklarda bir mərhələ adladınız. Bunun davamını yeni mövsüm gətirməyə nə çatmadı?

- Futbolda belə şeylər olur. Ötən mövsüm bizim yerimizdə "Turan Tovuz"u göstərmək olar. Hər şey edirdilər, amma heç nə alınmırdı. Bu il də sanki biz həmin şeyləri yaşayırıq. Avrokuboklar zonasına düşmək istəyimiz heç cür mümkün olmur.

- Ümid var, yoxsa hədəfə çatmaq çətin görünür?

- Məncə, şanslarımız var.

- Mövsüm ərzində dördüncü fərqli meydanda ev oyunu keçirdiniz. Bu sizə necə təsir edir?

- Bəlkə də bəhanə kimi səslənəcək, amma nəticələrə təsir edir. Həm azarkeşlərin olmamağı, həm də meydana alışmaq məsələsi var. Bir meydana alışırsan, sonra xəbər gəlir ki, burada təmir gedir. Başqa stadionda oynamalı oluruq. Bunlar da detallardı. Düzdü, öz səhvlərimizdən uduzuruq. Ancaq bu şeylər də təsirsiz ötüşmür.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!