Premyer Liqanın 28-ci turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə nominal meydan sahiblərinin azarkeşləri diqqət çəkdi.
Əgər buna azarkeşlik demək olarsa...
Naxçıvandan uzaq düşən "Araz"ı 4-5 nəfərlik azarkeş qrupu 90 dəqiqə ərzində dayanmadan dəstəklədi.
Hətta hesab 0:3 olanda belə azyaşlılar şuar səsləndirib, futbolçuları motivasiya etməyə çalışırdı.
Əynində "Barselona" klubunun forması olan uşağın canfəşanlığını xüsusi qeyd etmək olar.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq maraqlı anları izləyə bilərsiniz:

