Prezident məğlubiyyətləri sıralayan komandaya son sözünü dedi - İslahatlar aparacam!

14:40 Araz-Naxçıvan 287
Prezident məğlubiyyətləri sıralayan komandaya son sözünü dedi - İslahatlar aparacam!

Premyer Liqanın son 3 turunda qeydə alınan məğlubiyyət Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovu hiddətləndirib.

O, «Araz-Naxçıvan»ın məşqçi və futbolçularına öz sərt etirazını bildirib.

2023-cü ilin yayından bəri «ağ-qırmızılar»ı himayə edən tanınmış iş adamı komandanın avrokuboklara vəsiqə qazanmaq şansını faktiki olaraq itirməsinin onda böyük məyusluq yaratdığını söyləyib.

NFF-nın birinci şəxsi hamının bu uğursuzluğa görə məsuliyyət daşıdığını, mövsümün sonunadək hər şeyi araşdıracağını vurğulayıb.

Axundovun fikrincə, legionerlərin əksəriyyəti işinə barmaqarası yanaşır, yaxşı nəticə üçün can yandırmır.

Prezident yeni mövsümlə bağlı planlama apararkən, bütün bu məqamları nəzərə alacağını, köklü islahatlar aparacağını gizlətməyib.

Muxtar Respublika təmsilçisi 28 turdan sonra Premyer Liqada 39 xal toplayıb. «Ağ-qırmızılar» turnir cədvəlinin altıncı pilləsində yerləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti