"Araz-Naxçıvan" bu mövsüm ev oyunlarını keçirdiyi meydançalar sırasına daha birini əlavə etdi.
Muxtar respublika təmsilçisi "Turan Tovuz"u bu dəfə "SOCAR POLİYMER ARENA"DA qəbul etdi.
Meydanın örtüyü ideal idisə, tablo işləmirdi.
Naxçıvandan uzaq düşən klubun Sumqayıtdakı ev oyunu da boş tirbunlar önündə keçirildi.
Təbii ki, klub rəsmiləri, qonaq komandanın fanklubu və futbolçuların ailə üzvlərini nəzərə almasaq.
Daha əvvəl isə naxçıvanlılar rəqiblərini "Bona De Arena", "Bank Respublika Arena" və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.
Andrey Demçenkonun yetirmələrinin darmadağın olduğu (0:3) görüşdən çəkilmiş fotoları təqdim edirik.
XANOĞLAN / SPORTİNFO.AZ

