Anarxiya və axmaqlıq!

14:00 Araz-Naxçıvan 190
Anarxiya və axmaqlıq!

«Araz-Naxçıvan» tam bir anarxiya yaşayır.

Bu mövsüm getdi, Avropa zonası onları gözləmir.

Andrey Demçenko qaş düzəltməyə gəlmişdi, vurub göz çıxartdı. Bəlkə də mayın sonuna qalmadı, daha tez getdi.

Bu tarixdən belə qalmağın nə mənası, ip də gedib, it də.

Sezonun ortasında komandanın sükanı arxasına keçmiş Demçenko 180 dərəcə fərqli sistem qurmaq istədi, başı daşdan-daşa dəydi.

Əks-hücumda oynamağa öyrəşmiş, məhz bu taktikaya görə yığılmış heyətdən sən dominant futbol tələb etmək axmaqlıqdır.

Allah adama ağıl verib də. Bax gör hara gəlmisən, nə var, nə yox, ölç-biç, ona uyğun işini qur da.

Birdən-birə oyun planında çevriliş elə, «bir nömrə» kimi oynamalıyıq de, əlbəttə, əlin də yanacaq, ayağın da.

«Turan Tovuz»a ilk iki dövrədə uduzmayan «Araz-Naxçıvan» üçüncü dueldə qapısında 3 qol görür.

70-ci dəqiqədən sonra 7 metrlik qapısı karvansaray qapısı kimi taybatay açılan «Araz» yersiz risk almağın altını çəkdi.

Üç aydır hücuma keçidlərdə irəliləyişə nail ola, bunu futbolçularına anlada bilməyən Demçenko əsl avantüristdir!

Görə-görə ki bu taktika alınmır, yenə də fikrindən dönmür. Kor tutduğunu buraxmayan kimi.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti