"Niyəsini deyə bilməyəcəm, amma..." - Problem yaşayan əcnəbi

17:00 Araz-Naxçıvan 145
"Niyəsini deyə bilməyəcəm, amma..." - Problem yaşayan əcnəbi

Şarl Boli "Araz Naxçıvan"ın ötən yay heyətinə qatdığı əcnəbilər arasında xüsusi seçilən adlardan biridir.

Bəlkə də birincisidir.

Avrokuboklarda "Aris" səddinin keçilməsində də müstəsna xidmətləri olmuşdu.

27 yaşlı fransalı Premyer Liqaya da pis start verməmişdi.

Komandasından fərqli olaraq sabit oyunu ilə seçilirdi.

Vinger olmasına baxmayaraq məhsuldar olması da diqqətdən qaçmırdı.

Cinah oyunçusu meydana çıxdığı ilk 15 turda aktivinə 5 qol yazdırmışdı.

Həmin dönəm sonda bombardir olacaq Coy-Lens Mikesldən cəmi 4 top geri qalırdı.

Amma bu cür performansın ardını gətirmək mümkün olmadı.

Sonrakı turlar futbolçu kölgədə qaldı. Demçenkonun yetəri qədər güvənmədiyi legioner nəinki bombardir olmaq, heç 6-cı qola sevinə bilmədi.

Sportinfo.az-a açıqlamasında Boli yaşananları belə şərh edib:

"İlk başda qollar vurduğum üçün sevinirdim. Hər şey əla idi.

Hücumçu olaraq bu mənə lazımdır. Əlbəttə, bombardir olmağı hamı kimi mən də arzulayırdım.

Təəssüf ki, ardı gəlmədi. Kollektiv olaraq uğurlu ola bilmədik. Niyəsini deyə bilməyəcəm. Futbolda belə hallar olur.

Bundan sonra ən vacib olanı toparlanıb, növbəti mövsümə hazırlaşmaqdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti