"Mən buna görə istefa verməmişəm, bəzi məsələlər var idi, onları dəyişə bilmədim"

12 Aprel 02:30 Araz-Naxçıvan 869
"Mən buna görə istefa verməmişəm, bəzi məsələlər var idi, onları dəyişə bilmədim"

“Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə39 yaşlı mütəxəssis bildirib.

“Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim.

Rəhbərliyə istefa ərizəmi təqdim etdim, onlar da qəbul etdilər. Qarşılıqlı şəkildə sağollaşdıq”, - deyə A.Bağırov söyləyib.

“Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında I Divizionun çempionu olub. Komanda 29 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti