Azərbaycandan ayrılan braziliyalı futbolçunun yeni iş yeri müəyyənləşib.
Felipe Santos karyerasını Asiya ölkəsində davam etdirəcək.
“Araz-Naxçıvan”ın müqavilə müddətini uzatmadığı “sambaçı” növbəti dayanacaq kimi Taylandı seçib.
O, bu ölkənin “Bangkok Yunayted” klubu ilə razılıq əldə etməklə komandada beşinci braziliyalı olub.
Tayland klubu sosial media səhifələrində 29 yaşlı yarımmüdafiəçinin “Araz-Naxççıvan”dakı çıxışın yüksək qiymətləndirərək, Azərbaycanda vurduğu qolları izləyicilərinə təqdim edib.
Maraq üçün bildirək ki, bu, Benin millisinin şərəfini qoruyan Felipe müxtəlif vaxtlarda 4 il ölkəmizdə top qovub.
2021-2022-ci illərdə “Keşlə”də (indiki “Şamaxı”) 25 oyunda 7 qol və 5 assistlə yadda qalıb, 2022-2023-cü illərdə “Qəbələ”də 43 matçda 6 qol və 15 assistlə fərqlənib, 2024-2026-cı illərdə “Araz-Naxçıvan”da 67 qarşılaşmada 22 qol və məhsuldar ötürmə ilə diqqət çəkib.
İntizamsızlığı və təxribatçı əməlləri ilə diqqət çəkən Santos 2023-cü ildə “Qəbələ”nin heyətində Azərbaycan kubokunun qalibi adını qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

