10 müqavilə imzaladılar, transferlərə ayrılan büdcə xərclənib qurtardı

31 İyul 17:00 Araz-Naxçıvan 3 849
10 müqavilə imzaladılar, transferlərə ayrılan büdcə xərclənib qurtardı

"Araz Naxçıvan" yay transfer bazarlığını başa vurub.

Bu barədə saytımıza klubdan məlumat verilib.

Bildirilib ki, yeni oyunçuların alınmas üçün nəzərdə tutulmuş büdcə xərclənib. Və bundan sonra kim(lər)ine düşərgəyə cəlb olunması gözlənilir.

Mövsümlərarası fasilədə Cavid Hüseynovu baş məşqçi təyin etmiş Muxtar Respublika təmsilçisi geridə qalan həftələr ərzində 10 nəfərlə müqavilə imzalayıb.

Luka Dumançiç ("Persis", İndoneziya), Rəşad Həsənv ("Cəbrayıl"), Alberto Qarsia Fernandes (“Akritas Xloraka”, Kipr), Alexandro Herrera ("San Kristobal”, Dominikan), Rövlan Muradov ("Zirə"), Artur Auqusto Da Silva ("Semen Padang", İndoneziya), Mara Mohamed (“Kançanaburi”, Tayaland), Abdallah Sudi (“Persijap”, İndoneziya), Mamadu Kane (“Pafos”, Kipr) və Ceyhun Nuriyev ("Zirə") bu siyahıya daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO