Canni De Byazi: "Artıq yeni oyunçunun seçilməsinin vaxtıdır"

27 Noyabr 2020 16:40 Araşdırma 628
Canni De Byazi: "Artıq yeni oyunçunun seçilməsinin vaxtıdır"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin FIFA-nın “The Best” mükafatı üçün hansı futbolçuya səs verəcəyi bəlli olub.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis bu barədə "Sportowefakty" nəşrinə müsahibəsində deyib.

İtaliyalı baş məşqçi bildirib ki, səsvermədə "Bavariya"da çıxış edən Polşa millisinin hücumçusu Robert Levandovskinin adını yazacaq:

"Birincisi, son vaxtlar onu ən yaxşı hesab edirəm. İkincisi, nəhayət nəsə dəyişməlidir. Son illərdə dəfələrlə Messi və ya Ronaldu bu ada layiq görülüb.

Artıq yeni oyunçunun seçilməsinin vaxtıdır. Çünki Levandovski uzun müddətdir zirvədədir. Digər mövqelərə gəldikdə isə, Məhəmməd Salah və Kriştianu Ronaldunun oyununa valeh oluram. Xüsusilə portuqaliyalı məndə böyük təəssürat yaradır. O, qeyri-adi futbolçudur".

"The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil olunacaq. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!