Yağış yağacaq, külək güclənəcək - Xəbərdarlıq

7 Dekabr 2023 07:00 Araşdırma 999
Yağış yağacaq, külək güclənəcək - Xəbərdarlıq

Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Dekabrın 7-si axşamadək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Digər Xəbərlər
Xəbər Lenti