Premyer Liqanın 9-cu turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.
Həftəsonu baş tutacaq oyunları üç nəfər kənardan izləyəcək: bunlardan ikisi futbolçu, biri isə məşqçidir.
Söhbət “İmişli”nin braziliyalı yarımmüdafiəçisi Luis Silvestr, “Araz-Naxçıvan”ın hücumçusu Ağadadaş Salyanski və “Şamaxı”da köməkçi-məşqçi kimi fəaliyyət göstərən Araz Bağırovdan gedir.
Adıçəkilən şəxslərin hər biri cəzalı duruma düşdükləri üçün 9-cu turun matçlarını kənardan izləməli olacaqlar. Texniki zonaya buraxılmayacaqlar.
Oktyabrın 23-də “Araz-Naxçıvan” – “Qəbələ”, “Zirə” – “Sumqayıt”, bir gün sonra “Şəfa” – “Kəpəz”, “Neftçi” – “Turan Tovuz”, oktyabrın 25-də isə “İmişli” – “Şamaxı”, “Sabah” – “Qarabağ” qarşılaşmaları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ
