“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində Dortmund “Borussiya”sı ilə ev oyununun statistikası açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun 1:2 hesabı ilə məğlub olduğu görüşdə almanların üstünlüyü diqqət çəkib.
“Bayquşlar”ın 13 zərbəsinə Bundesliqa təmsilçisi 21 zərbə ilə qarşılıq verib.
“Çərçivə”yə zərbə sayında da “Borussiya” “Sabah”ı ikiqat üstələyib. Bakı klubunun qapıçısı Stas Pokatilov iki qol buraxmasına baxmayaraq, 8 “seyv”lə yadda qalıb.
“Sabah” – “Borussiya” (Dortmund)
Qollar – 1:2
Zərbələr – 13:21
“Çərçivə”yə zərbələr – 4:8
“Çərçivə”yə düşməyən zərbələr – 7:12
Bloklanan zərbələr – 2:1
Künc zərbələri – 4:9
Oyundankənar vəziyyət – 6:2
Topa sahibolma faizi – 50:50
Ötürmələr – 409:497
Dəqiq ötürmələr – 340:433
Ötürmələrin dəqiqlik faizi – 83:87
Qapıçı seyvi – 7:3
Sarı vərəqələr – 4:0
Cərimə zərbələri – 8:12
