Azərbaycan – Fransa oyunu üçün Bakıya vəkil gəldi

18:35 Araşdırma 147
Azərbaycan – Fransa oyunu üçün Bakıya vəkil gəldi

Azərbaycan millisinin noyabrın 16-da Fransa yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları məlumdur.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək:

Matçın baş hakim Andris Treymanis olacaq. Ona yan xətdə Haralds Gudermanis və Aleksey Spasennikovs kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Vitalis Spasyoņņikovs yerinə yetirəcək.

Zəngin təcrübəyə malik 40 yaşlı Andris Treymanis azərbaycanlılar üçün kifayət qədər tanış simadır. Bəlkə də Avropada yeganə hakimdir ki, təmsilçilərimizin milli və klub səviyyəsindəki oyunlarını hamıdan çox – 7 dəfə idarə edib.

30.06.2011 AL AZAL – Minsk (Belarus) – 1:1

30.08.2011 AÇ Azərbaycan U17 – Ukrayna U17 – 0:0

25.10.2011 AÇ Xorvatiya U17 – Azərbaycan U17 – 1:2

03.09.2014 AÇ (sm) Azərbaycan U21 – İsrail U21 – 3:0

08.10.2017 DÇ (sm) Almaniya – Azərbaycan – 5:1

14.08.2018 ÇL BATE (Belarus) – Qarabağ – 1:1

23.03.2018 YO. Azərbaycan – Belarus – 0:1

Qeyd: DÇ – dünya çempionatı, AÇ – Avropa çempionatı, sm – seçmə mərhələ, AL – Avropa Liqası, ÇL – Çempionlar Liqası, YO – yoldaşlıq oyunu.

Latviyalı ədalət təmsilçisi 2011-ci ildən FİFA referisi statusunu daşıyır. O, bu müddətdə beynəlxalq arenalarda 100-dən çox oyun idarə edib ki, ölkəmizə 3 dəfə səfər etməyə imkan tapıb. Bu, onun 7 illik fasilədən sonra Bakıya dördüncü səfəri olacaq.

Maraqlıdır ki, təmsilçilərimiz Treymanisin fit çaldığı 7 qarşılaşmanın 2-də meydanı məğlub tərk edib.

Treymanis daha əvvəl Lüksemburq - Fransa (1:3, 25 mart 2017, DÇ-2018-in seçmə mərhələsi) matçını, eləcə də müxtəlif gənclər yığmalarının iştirak etdiyi oyunları, o cümlədən Ukrayna U19 – Fransa U19 (1:3, U19 Avropa çempionatının final mərhələsi, 2015) görüşünü idarə edib.

Bundan başqa, latviyalı hakimlər avrokuboklarda Fransa klublarının iştirakı ilə keçirilən matçlarda da ədalət təmsilçisi olublar.

Rus, ingilis və alman dillərində sərbəst danışan referi təkcə meydanda ədaləti qorumur. O, ixtisasca vəkildi.

Noyabrın 16-da baş tutacaq Fransa – Azərbaycan matçı saat 21:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti