Bu gün keçiriləcək Azərbaycan - Fransa qarşılaşmasına təyinat alan hakimlər briqadası əvvəllər Ermənistan Kubokunun final oyununu idarə edib.
Sportinfo.az xəbər verir ki, bgörüşü latviyalı hakim Andris Treymanisin başçılıq etdiyi briqada idarə edəcək.
Ona yan xətt hakimləri Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər.
Maraqlıdır ki, eyni briqada 13 may 2023-cü ildə İrəvanda keçirilən Ermənistan Kubokunun finalı - “Şirak” və “Urartu” arasındakı oyun da daxil olmaqla həmin matçda da iş başında olub.
Latviyalı hakimlər Ermənistan yığmasının oyunlarını da idarə ediblər.
Treymanis daha əvvəl Ermənistan - Rumıniya (3:2, 31 mart 2021, DÇ-2022-nin seçmə mərhələsi), Ermənistan - Monteneqro (1:0, 24 mart 2022, yoldaşlıq oyunu), həmçinin Ermənistan U21 - Andorra U21 (4:1, U21 Avropa çempionatının seçmə mərhələsi) matçlarında işləyib.

