Azərbaycan millisi bu gün İslandiya seçməsi ilə qarşılaşacaq.
Bəli, bu, dünya və Avropa çempionatlarının final mərhələsində oynamış, 2 ay əvvəl seçməmizin qapısından 5 cavabsız keçirmiş həmin İslandiyadır.
Futbolçuları aparıcı liqalarda oynayır, fiziki hazırlıq baxımından bizimkiləri qat-qat üstələyirlər. Lakin bu və digər faktlar heç bir halda Azərbaycan millisinin növbəti dəfə məğlub olacağına işarə ola bilməz.
Çünki İslandiya yığması son 4-5 ildə kifayət qədər məğlubiyyət acısı yaşayıb. Və ən maraqlısı, ada təmsilçisinin səfər qarşılaşmalarında qələbə qazanmaqda çətinlik çəkməsidir.
İngilltərə, Almaniya, Portuqaliya kimi nəhəng yığmalarla işimiz yoxdur. Azərbaycan millisinə az-çox yaxın olan, Avropanın 2-3-cü dərəcəli komandalarının İslandiya ilə oyunlardakı nəticələrinə göz gəzdirək.
Ermənistan – İslandiya - 2:0
Şimali Makedoniya – İslandiya – 3:1
Rumıniya – İslandiya – 0:0
Latviya – İslandiya – 1:1
Estoniya – İslandiya – 1:1
Bosniya ve Hersoqovina – İslandiya – 3:0
Lüksemburq – İslandiya – 3:1
Kosovo – İslandiya – 2:1
Statistikadan da göründüyü kimi, islandlar heç də məğlubedilməz deyil. Önəmli olan qələbəni arzulamaq və layiqli mübarizə aparmaqdır.
Bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

