Mbappenin Bakıda qalacağı otelin adını siz də bilin!

20:40 Araşdırma 254
Mbappenin Bakıda qalacağı otelin adını siz də bilin!

Azərbaycan millisi seçmə mərhələnin son matçını Fransa yığmasına qarşı keçirəcək.

Ötən ay Parisdə 3:0 hesablı qələbəyə sevinən fransızlar üçün Bakı səfəri heç də “asan gəzinti” statusunu daşımır.

, Kilan Mbappenin komandası ölkəmizə oyundan bir yox, iki gün əvvəl təşrif buyuracaq.

Nümayəndə heyətini gətirəcək çarter reysi təyyarə noyabrın 14-ü axşam 9 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.

Həmin gün istirahət edəcək rəqib kollektiv ertəsi oyunöncəsi son məşqə çıxacaq, baş məşqçi Didye Deşam mətbuat konfransında media mənsublarının suallarını cavablandıracaq.

Fransa seçməsi məskunlaşmaq üçün qeyri-adi məkan seçib. İndiyə qədər ölkəmizə səfər edən qonaq komandaların “Hilton”, “Absheron Marriott”, “Boulevard Marriott”, “Wyndham Garden” kimi otellərdə məskunlaşdıqlarını çox görmüşük.

Lakin bir neçə ay əvvəl istifadəyə verilmiş “Ritz Carlton”u seçmək... Bəli, Mbappe və onun komanda yoldaşları Babək prospektinin şəhər istiqamətindən başlanğıcında yerləşən və bir ara “Trampın binası” kimi məşhurlaşan mehmanxanada qalacaqlar.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti