Millimizin daha bir futbolçusunun adı mərc qalmaqalına qarışdı - FOTO

13:20 Araşdırma 270
Millimizin daha bir futbolçusunun adı mərc qalmaqalına qarışdı - FOTO

Türkiyədə mərc qalmaqalı davam edir.

Sportinfo/az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən bildirir ki, Azərbaycan milli komandasında oynamış

Mert Çelikin və Emre Kaplanın mərc oyunlarında iştirak etdikləri müəyyənləşib.

Hazırda “Sivasspor”da çıxış edən Çelikin TFF-in açıqladığı 1024 nəfərlik siyahıda yer alıb.

Çelik “Neftçi” və “Səbail”in formasını geyinib. O, həmçinin Azərbaycanın U-21 yığmasında 7 qarşılaşmada, əsas millidə isə 1 matçda çıxış edib.

Hazırda “Ümraniyespor”da oynayan Emre Kaplanın da adı 1024 nəfərlik siyahıdadır.

Kaplan Azərbaycanın U-19 və U-21 yığmalarında forma geyinib. O, hər iki komadanın heyətində 3 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti