Yenə ilk “onluğ”a düşə bilmədi - Azərbaycan idmançılarının yeni reytinqı

02:30 Araşdırma 149
Yenə ilk “onluğ”a düşə bilmədi - Azərbaycan idmançılarının yeni reytinqı

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 1 noyabr 2025-ci il tarixinə olan yenilənmiş reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 400 xalla yunan-Roma güləşçisi Ülvi Qənizadə başçılıq edir.

Onunla yanaşı, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov və sərbəst güləşçi Giorgi Meşvildişvili eyni xalla ikinci və üçüncü yerləri bölüşüblər.

Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyev 350 xalla dördüncü, sərbəst güləşçi Osman Nurmaqomedov isə 340 xalla beşinci pillədə qərarlaşıb.

Reytinqin ilk “onluğu” aşağıdakı kimidir:

1. Ülvi Qənizadə (Yunan-Roma güləşi) - 400 xal
2. Həsrət Cəfərov (Yunan-Roma güləşi) - 400 xal
3. Giorgi Meşvildişvili (Sərbəst güləş) - 400 xal
4. Zelim Kotsoyev (Cüdo) - 350 xal
5. Osman Nurmaqomedov (Sərbəst güləş) - 340 xal
6. Zelim Tçkayev (Cüdo) - 330 xal
7. Eldəniz Əzizli Yunan-Roma güləşi, 320 xal
8.Elcan Hacıyev( Cüdo) - 310 xal
9. Murad Əhmədiyev (Yunan-Roma güləşi) - 250 xal
10. Arseniy Djioyev (Sərbəst güləş) - 240 xal

Olimpiya çempionu Hidayət Heydərov bu dəfə “TOP-10”luğa düşə bilməyib. O, ilin əvvəlində açıqlanan reytinq cədvəlində ikinci sırada yer almışdı.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!