Premyer Liqada dörd nəfərə “STOP" qoyuldu!

16:00 Araşdırma 334
Premyer Liqada dörd nəfərə “STOP" qoyuldu!

Premyer Liqanın 10-cu turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunlarda dörd nəfər iştirak edə bilməyəcək.

Bunlar “Sabah”da Valdas Dambrauskasın köməkçisi Custinas Qasiuas, “Şamaxı”nın hücumçusu Abdullahi Şuaybu, “Kəpəz”in qapıçısı Məmməd Hüseynov və “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadədir.

Adları çəkilənlərdən ilk üç nəfər öncəki turlarda aldıqları qırmızı vərəqələrin cəzasını çəkir. Səbuhi isə sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşüb.

Oktyabrın 31-də “Qarabağ” – “İmişli”, noyabrın ilk günündə “Karvan-Yevlax” – “Zirə”, “Neftçi” – “Kəpəz”, noyabrın 2-də “Turan Tovuz” – “Şamaxı”, “Sumqayıt” – “Araz-Naxçıvan”, noyabrın 3-də “Sabah” - “Qəbələ” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...