Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, nəticədə 1/8 finala adlayan son komandalar da müəyyənləşib.
"Sumqayıt" "Zaqatala"nı mübarizdən kənarlaşdırıb."Şahdağ Qusar" "Şimal", "Difai" isə "Xankəndi" səddini keçib.
"Qəbələ" "Mingəçevir"i qəbul edib və rəqibinə 5:1 hesabı ilə qalib gəlib. "Şamaxı" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Həmçinin "Neftçi" MOİK-i qəbul edib. Görüş "ağ-qaralar"ın 6:2 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda "Zirə" ilə üz-üzə gələcək.
1/8 final cütləri
“Şamaxı” - “Bakı Sportinq”
“Qarabağ” - “Karvan-Yevlax”
“İmişli” - "Sabah"
“Qəbələ” - “Şəfa”
“Şahdağ Qusar” - "Turan Tovuz"
“Araz-Naxçıvan” - "Kəpəz"
“Difai” - “Sumqayıt"
“Zirə” - “Neftçi”

