Azərbaycanın daxili və xarici dövlət borcu nə qədərdir?

07:10 Araşdırma 122
Azərbaycanın daxili və xarici dövlət borcu nə qədərdir?

Azərbaycanın 1 oktyabr 2025-ci il tarixinə daxili dövlət borcu 17.046,8 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

Bununla bağlı Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxili dövlət borcu yanvarın 1-i ilə müqayisədə 1.612,9 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 7.987,0 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.059,8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Həmçinin 1 oktyabr tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10.686,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,2 faizini təşkil edib.

Dövlət zəmanətinin 9.024,1 milyon manatı (5.308,3 milyon ABŞ dolları) və ya 84,4 faizi xarici dövlət zəmanətli kreditlərin, 1.662,4 milyon manatı və ya 15,6 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.

Bildirilib ki, 1 oktyabr 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 4.893,1 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil edib.

Xarici dövlət borcunun 50,7 faizi 5 ilə qədər olan müddətdə, 43,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Bu ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO