Azərbaycan futbolunda dörd nəfər cəzalandı - ADLAR

28 Oktyabr 2025 11:00 Araşdırma 1 335
Azərbaycan futbolunda dörd nəfər cəzalandı - ADLAR

Azərbaycan kubokunun II təsnifat mərhələsi bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəiçi baş tutacaq oyunları dörd futbolçu kənardan izləyəcək.

Bunlar “Xankəndi”dən Elməddin Hüseynzadə, “Göygöl”dən Yusif Cəfərov, “Şəfa”dan Elvin Nəsibov, “Mingəçevir”dən Kənan Quliyevdir.

Adları çəkilənlərin hər biri vərəqə cəzalısı olduğu üçün kubok matçlarında iştirak imkanından məhrum olub.

Oktyabrın 28-də “Göygöl” – “Baku Sportinq”, “Karvan-Yevlax” – “Sheki City”, “Qaradağ-Lökbatan” – “İmişli”, “Cəbrayıl” – “Şəfa”, “Dinamo” – “Turan Tovuz”, “Kəpəz” – “Ağstafa Gəncləri”, oktyabrın 29-da “Səbail” – “Şamaxı”, “Qəbələ” – “Mingəçevir”, “Şimal” – “Şahdağ Qusar”, “Xankəndi” – “Difai”, “Zaqatala” – “Sumqayıt”, “Neftçi” – MOİK görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 20:00 Çək və bizə göndər!