İnstaqram istifadəçilərin qaçırdıqları və ya sonra yenidən baxmaq istədikləri çarxları tapmasını asanlaşdıracaq yeni funksiyanı işə salıb.
Bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri məlumat verib.
O bildirib ki, “baxış tarixçəsi” adlanan bu funksiya artıq bütün istifadəçilər üçün əlçatandır:
“Bir çox istifadəçi axtarış çubuğunda və ya hesablar arasında əvvəllər baxılmış “Reels” videolarını tapmaqda çətinlik çəkir və bu xüsusiyyət bu problemi həll edir”.
Mosserinin sözlərinə görə, istifadəçilər profil parametrlərinə keçərək və “fəaliyyətiniz” butonundan “baxış tarixçəsi”ni seçməklə baxış tarixçələrinə daxil ola bilərlər:
“Bu bölmədə proqramda baxılan “Reels” videolarının saxlanmış siyahısı olacaq”.

