“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində 3-cü turda “Atletik”lə səfər oyununun statistikası açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 1:3 hesabı ilə məğlub olduğu matçın statistikasında da rəqibindən geri qalıb.
Əksər göstəricilərdə İspaniya təmsilçisi üstün nəzərə çarpıb.
“Atletik” – “Qarabağ”
Qollar – 3:1
Zərbələr – 21:9
Çərçivəyə zərbələr – 5:3
Çərçivəyə düşməyən zərbələr – 8:1
Bloklanan zərbələr – 8:5
Künc zərbələri – 8:3
Oyundankənar vəziyyət – 1:0
Topa sahibolma faizi – 58:42
Ötürmələr – 483:321
Dəqiq ötürmələr – 421:250
Ötürmələrin dəqiqlik faizi – 87:78
Qapıçı seyvi – 2:2
Sarı vərəqələr – 0:0
Cərimə zərbələri – 14:5

