Səhər yeməyini ötürmək diabet yarada bilər - AÇIQLAMA

08:00 Araşdırma 85
Səhər yeməyini ötürmək diabet yarada bilər - AÇIQLAMA

Yuxudan oyandıqdan sonra insanda stress hormonu olan kortizolun səviyyəsi yüksəlir və bu göstərici təxminən səhər saat doqquzda zirvəyə çatır, sonra isə tədricən azalır.

Bunu endokrinoloq Fransisko Rosero deyib.

O bildirib ki, əgər insan bu vaxta qədər səhər yeməyi etməzsə, orqanizm aclığı stress kimi qəbul edir və kortizolun azalmasına imkan vermir. Bu isə maddələr mübadiləsində pozulmalara gətirib çıxara bilər.

Həkimin sözlərinə görə, qanda kortizolun artıq olması orqanizmin daha çox qlükoza istehsal etməsinə səbəb olur, bu isə uzunmüddətli perspektivdə şəkərli diabet riskini artırır. Diabet isə ürək və damar xəstəliklərinin yaranma ehtimalını yüksəldir.

Rosero əlavə edib ki, sağlam qalmaq üçün ən yaxşısı oyanandan bir saat ərzində yüngül, balanslaşdırılmış səhər yeməyi etməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda