AFFA “qumar” oynayan məşqçini futboldan ömürlük uzaqlaşdırdı

14 İyun 2024 20:20 Araşdırma 2 001
AFFA “qumar” oynayan məşqçini futboldan ömürlük uzaqlaşdırdı

Bu gün AFFA-da Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, I Liqada “İrəvan”da çıxış edən Fəhmin Muradbəylinin danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Bundan əlavə, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənova da eyni cəza verilərək ömürlük futboldan uzaqlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!