Dekabrın 7-də ölkə ərazisində gözlənilən HAVA PROQNOZU

6 Dekabr 2022 18:30 Araşdırma 558
Dekabrın 7-də ölkə ərazisində gözlənilən HAVA PROQNOZU

Dekabrın 7-də ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-12° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 2-7° şaxta olacaq.

Gecə və səhər dağlıq ərazilərdə yoların buz bağlama ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti