Temperatur aşağı enəcək, güclü külək əsəcək, yağıntılar intensivləşəcək - SABAHIN PROQNOZU

27 Noyabr 2022 15:30 Araşdırma 343
Temperatur aşağı enəcək, güclü külək əsəcək, yağıntılar intensivləşəcək - SABAHIN PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu aşağı enməyə başlayacaq, güclü külək əsəcək, yağıntılar intensivləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz saatlarında şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında axşamdan başlayaraq prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.

Aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti