“Əmanətinizi aldıq, Allah heç kimə göstərməsin" - VİDEO

9 Mart 2023 03:10 Bizimkilər 989
“Əmanətinizi aldıq, Allah heç kimə göstərməsin" - VİDEO

Türkiyənin 11 vilayətində baş verən və “əsrin fəlakəti” olaraq xarakterizə edilən dağıdıcı zəlzələlərdən sonra bölgəyə dəstək üçün səfərbərliyə başlayan Azərbaycandan göndərilən yardımlarla yanaşı, bağlamalara əlavə edilən məktublar da ürəkləri fəth edir.

Zəlzələ nəticəsində evi böyük ziyan görən və çadır şəhərciyində qalan Abbas Çalık övladları üçün yardım paketini açanda azərbaycanlı İmanova Nərgiz tərəfindən göndərilən məktubu tapıb.

Məktubda yazılan “Salam, bacılarım və qardaşlarım. Türkiyədə baş verən zəlzələyə görə çox kədərləndim. Allah hamınızın köməyi olsun.

Sizi çox sevirəm” ifadələrindən təsirlənən Çalık qeyddəki telefon nömrəsinə zəng vuraraq təşəkkür edib: “Əmanətinizi aldıq. Ürəyiniz çox böyükdür, çox sağ olun. Hədiyyə yox, fikir önəmlidir. Allah heç kimə göstərməsin”.

Anadolu Agentliyinə (AA) müsahibə verən Çalık zəlzələlərdən sonra azərbaycanlıların böyük fədakarlıq göstərdiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti