Macarıstan Kubokunda növbəti mərhələnin oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” səfərdə "Naqykozar" komandasının qonağı olub.
Qarşılaşma qonaqların 9:0 hesablı böyükhesablı qələbəsi ilə başa çatıb.
Həmyerlimiz Anatoli Nuriyev qarşılaşmaya start heyətində başlayıb və fasilədə əvəzlənib.
"Naqykozar" - "Kişvarda" 0:9
Qollar: M.Mesanoviç, 18-pen; 20, B.Biro, 37, B.Serbeçiç, 44, D.Terzyohlo, 49, S.Novotni, 57-pen; A.Youqa, 61, A.Eşik, 76, İ.Şoltes, 83
