“Qarabağ”ın rəqibi “Neftçi” ilə qarşılaşan “Rapid”dən daha üstün və güclüdür”

5 Avqust 17:00 Araşdırma 1 465
“Qarabağ”ın rəqibi “Neftçi” ilə qarşılaşan “Rapid”dən daha üstün və güclüdür”

“Mən hələ bu oyunlardan öncə demişdim ki, hər iki komandamız növbəti mərhələyə keçməyə qadırdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” və “Şamaxı”nın sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Təcrübəli funksioner “Qarabağ”ın Çempionlar Liqasında və “Neftçi”nin Avropa Liqasında pley-offa vəsiqə qazanmaq şanslarını dəyərləndirib.

Sitat:

“Həm “Qarabağ”ın, həm də “Neftçi”nin keyfiyyətli futbolçuları var. Düzdür, “Qarabağ” Macarıstanda, “Neftçi” isə Avstriyada çətinliklə üzləşəcək, amma mən yenə inanıram ki, hər iki klubumuz mərhələni adlayacaq.

Onlara uğurlar arzulayıram. “Ferentsvaroş” Macarıstanın, “Rapid” də Avstriyanın ən tanınmış komandasıdır. “Qarabağ”ın rəqibi “Neftçi”nin rəqibindən daha üstün və güclüdür.

“Ferentsvaroş” çətin komandadır, bununla belə, “Qarabağ”ın öz oyun üslubu və hər vəziyyətdən çıxış yolu fikirləşib tapa bilən baş məşqçisi var.

“Neftçi”dən də gözləntilərim çoxdur”.

“Qarabağ” ÇL-in III təsnifar mərhələsində “Ferentsvaroş”la Bakıda 1:1 edib. “Neftçi“ isə dogma məkanda “Rapid”i 2:1 hesabıyla üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti