Hava ilə bağlı XƏBƏRDARLIQ

20 Oktyabr 2025 08:00 Araşdırma 958
Hava ilə bağlı XƏBƏRDARLIQ

Oktyabrın 20-si axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti