Sane rəsmən “Bavariya”da

3 İyul 2020 01:52 Almaniya 1 286
Sane rəsmən “Bavariya”da

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa nəhəngi “Mançester Siti”nin və Almaniya yığmasının hücumameylli yarımmüdafiəçisi Leror Saneni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Bavariya” bu transferə görə “Mançester Siti”yə 55 milyon funt-sterlinq məbləğində təzminat ödəyəcək. Futbolçu özü isə yeni klubunda ilinə 20 milyon funt-sterlinq qazanacaq.

Bu transferə baxmayaraq, Sane avqustda bərpa olunacaq UEFA Çempionlar Liqasının oyunlarında “Bavariya”ya kömək edə bilməyəcək.

“Şalke”nin yetirməsi olan Sane, 2016-cı ildən “Mançester Siti”nin uğurları üçün çalışırdı.

Digər Xəbərlər
Xəbər Lenti