Sevgilisini özüylə gətirdi, sonra geri qaytardı

5 May 00:20 Almaniya 175
Sevgilisini özüylə gətirdi, sonra geri qaytardı

Slovakiyanın U-18 millisinin baş məşqçisi Stanislav Maçek Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı mütəxəssis norveçli hücumçunu isveçli futbolçu Zlatan İbrahimoviçə bənzədib:

"Holand müasir İbrahimoviçdir. O, hətta daha sürətli hərəkət edir. Məncə, böyük həmlə etdi. Almaniyanın ən yaxşılarından biridir. Olduğu kimi irəliləməyə davam etsə, onu "Real" kimi böyük klubda görə bilərik. "Real"da həmişə ən yaxşılar oynayır. Şübhəsiz, Holand da "Real" üçün doğulmuş futbolçudur.

Holand nə istədiyini bilən oğlandır. Sizə onunla bağlı gülməli hadisə danışacağam. Norveçi tərk edəndə sevgilisi də onunla Zalsburqa gəlmişdi. Ancaq bir neçə gün sonra sevgilisini geri göndərmişdi. Holand qıza demişdi ki, mən ancaq futbola köklənmək istəyirəm.

Erlinq kimi çalışqan futbolçunu görmək bir məşqçi kimi məni sevindirirdi. Bir dəfə mənə dedi ki, zirvəyə çıxmaq üçün sürətli çalışmağınıza ehtiyac yoxdur, sadəcə, çox çalışmaq lazımdır. O dayanmadan çalışır.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?