“Bayern” Manuel Noyerin mövsümün sonunda komandadan ayrılacağı ehtimalı ilə əlaqədar yeni qapıçı axtarışına başlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya çempionu Noyerin mümkün əvəzləyicisi kimi 4 qapıçını nəzərdən keçirir.
Bunlar “Atletiko”dan Xuan Musso, “Hoffenhaym”dan Oliver Baumann, “Fulhem”in qolkiperi Bernd Leno və “Nyukasl”ın qapıçısı Nik Popdur.
40 yaşlı Noyer üçün cari mövsümün karyerasında sonuncu olması gözlənilir. Almaniyalı qapıçı bu mövsüm bütün turnirlərdə 5 oyunda iştirak edib, 2 qol buraxıb və 3 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
“Bayern” Bundesliqada 4 turdan sonra 10 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
