Bu klubda koronavirusa üç yeni yoluxma aşkarlandı

2 May 2020 00:14 Almaniya 691
Bu klubda koronavirusa üç yeni yoluxma aşkarlandı

"Köln"də koronavirusa 3 yoluxma halı qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, məşqçilər heyəti və futbolçuların testdən keçməsindən sonra müəyyənləşib.

Yoxlamalarının nəticəsi müsbət çıxan şəxslər iki həftəlik ev karantininə yerləşdiriliblər. Onlarda xəstəlik simptomlarının olmadığı da vurğulanıb.

Daha əvvəl bildirilib ki, Almaniya çempionatının mayın 9-da bərpası planları baş tutmaya bilər. Səbəb ölkədə məhdudiyyətlərin yüngülləşdirilməsindən sonra koronavirusa yeni yoluxma hallarının ortaya çıxmasıdır.

Almaniya hökumətinin yenidən karantin tədbirlərini gücləndirəcəyi variantı istisna deyil. Bununla əlaqədar Bundesliqada mövsümün bərpasının təxirə salınması lazım gələ bilər.

25 turdan sonra "Köln" klubu 32 xalla 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!