“Bavariya” və “Liverpul”un istədiyi gəncə qiymət qoydular

17 Mart 2020 11:34 Almaniya 897
“Bavariya” və “Liverpul”un istədiyi gəncə qiymət qoydular

“Bayer” Avropanın nəhəng klublarının diqqət mərkəzində olan Kay Havertsin transfer dəyərini müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 100 milyon avrodan aşağı qiymətə satmaq haqda düşünmür.

Bu barədə “Bayer”in baş məşqçisi Peter Boş Almaniya mətbuatına açıqlamasında deyib: “Havertsi növbəti yayda sata bilərik. Bu, mümkündür. Dəyəri ən azı 100 milyon avro olan bir futbolçudur”.

“Bayer”lə 2022-ci ilin yayına qədər müqaviləsi olan Haverts, bu mövsüm Bundesliqada 22 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Almaniya millisinin də üzvü olan yarımmüdafiəçi ilə “Bavariya”, “Çelsi” və “Liverpul” yaxından maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”