“Çelsi”, “Liverpul” və MY yayı gözləyəcək - ONUN ÜÇÜN

9 Mart 2020 11:20 Almaniya 532
“Çelsi”, “Liverpul” və MY yayı gözləyəcək - ONUN ÜÇÜN

“Borussiya” (Dortmund) ücumçusu Ceydon Sanço ilə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, almanlar 19 yaşlı futbolçunu yayda satmağa razıdır. “Borussiya” gənc futbolçu üçün 140 milyon avro tələb edir.

Sanço hazırkı formasında qalsa, yay transfer dövründə təzminat qiyməti qalxa da bilər. “Mançester Yunayted”, “Çelsi” və “Liverpul”un Sanço üçün bu məbləği ödəməyə hazır olduğu bildirilir.

“Borussiya” ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulan ingiltərəli futbolçu, cari mövsümdə iştirak etdiyi 33 oyunda 17 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti