COP29

“Məqsədimiz bu vəziyyətdən çıxış yolu tapmaqdır, hamımız eyni “gəmi”dəyik”

15 Fevral 15:40 Almaniya 829
“Məqsədimiz bu vəziyyətdən çıxış yolu tapmaqdır, hamımız eyni “gəmi”dəyik”

“Bayern”in idman direktoru Kristof Freund komandanın baş məşqçisi Tomas Tuxelin vəziyyəti haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Almaniya klubunun rəsmisi Tuxelin çətin vəziyyətlə mübarizə apardığını bildirib:

“Tuxel hamımız üçün çox çətin olan bir vəziyyətlə mübarizə aparır. Məqsədimiz bu vəziyyətdən birlikdə çıxış yolu tapmaqdır. Biz hamımız eyni “gəmi”dəyik”.

“Bayern” Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə “Latsio”ya 0:1 hesabı ilə uduzub. Bu, Münhen klubunun 2023/2024 mövsümündə ÇL-də ilk məğlubiyyəti olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"