"Bayer"in ulduzu "Qarabağ"ı kənardan izləyəcək - "Bild" xəbər verdi

1 Mart 2024 11:00 Almaniya 777
"Bayer"in ulduzu "Qarabağ"ı kənardan izləyəcək - "Bild" xəbər verdi

“Bayer”in nigeriyalı hücumçusu Viktor Bonifas Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı keçiriləcək oyunlara qədər tam sağala bilməyəcək.

Sportinfo.az “Bild”ə istinadən xəbər verir ki, yanvarın əvvəlində Afrika Millətlər Kuboku zamanı Nigeriya millisinin heyətində ciddi zədə alan hücumçunun aprel ayına kimi meydanlara qayıtması gözlənilmir.

Öz növbəsində, ötən ay sıradan çıxan argentinalı yarımmüdafiəçi Ezekiel Palasios ağdamlılarla görüşə qədər tam sağalacaq.

O, artıq məşqlərə başlayıb.

16 qolla "Bayer"in bu mövsüm bombardiri olan Bonifas Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a hər iki görüşdə (5:1, 1:0) qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”