“Onlardan qorxmuruq, stress keçirmirik, mən narahat deyiləm”

11 Fevral 15:20 Almaniya 835
“Onlardan qorxmuruq, stress keçirmirik, mən narahat deyiləm”

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso Bundesliqada “Bayern”lə keçiriləcək vacib oyun öncəsi fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı məqsədlərinin qələbə qazanmaq olduğunu deyib:

“Məqsədimiz qələbə qazanmaqdır. Belə olsa, fərq beş xala qədər azalacaq.

Biz çalışacağıq. Oyun stadionumuzda, azarkeşlərimizin önündə, yaxşı atmosferdə keçəcək.

Məşq etmək üçün bir həftəmiz var. “Bayern”dən qorxmuruq, stress keçirmirik. Mən narahat deyiləm”.

“Bayer” 21 turdan sonra lider “Bayern”dən 8 xal geri qalaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Fevralın 15-də çempionluq titulu uğrunda iki iddialı komandanın qarşılaşması baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM