Onlar Tuxeli saxlamaq üçün klub rəhbərliyini inandırmağa çalışırlar - Fikir ayrılığı yarandı

14 May 2024 18:20 Almaniya 774
Onlar Tuxeli saxlamaq üçün klub rəhbərliyini inandırmağa çalışırlar - Fikir ayrılığı yarandı

“Bayern”in bəzi futbolçuları baş məşqçi Tomas Tuxelin növbəti mövsümdə komandada qalacağına ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Manuel Noyer və Tomas Müller alman mütəxəssisin postunu tərk etməməsində israrlıdırlar.

Onlar Tuxeli saxlamaq üçün klub rəhbərliyini inandırmağa çalışırlar.

“Bayern” artıq Tuxelin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Klub onu əvəzləməyə əsas namizədin Hans-Diter Flik olduğunu bildirib. Lakin tərəflər hələ də razılığa gələ bilməyiblər.

Münhen komandası hazırda 72 xalla Bundesliqada ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi